26.10.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Qaraçinar kənd Mədəniyyət Evində 44 günlük Vətən müharibəsi Şəhidi Rayonun Qaraçinar kənd sakini Tacir Fariz oğlu Cəfərovun ailəsi ilə görüş keçirilmişdir.
Keçirilən görüşdə Qaraçinar kənd Kitabxana Filialının əməkdaşları, Qaraçinar Kənd Icra Nümayəndəliyi, Şəfəq Kənd Mədəniyyət Evinin kollektivi, Şəhid ailələri və Qazilər iştrak etmişdir.
Tədbirin əvvəlində Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
İlk olaraq Şəhid ailəsinə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovun adından dərin hüzünlə başsağlığı verilmiş, Şəhidimizə uca Allahdan rəhmət ailəsinə səbir dilənmişdir.
Tədbirdə Vətən uğrunda canlarını qurban verən Goranboylu Şəhidlərin ömür yolundan, vətənpərvərliyindən, döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan söz açılıb, xatirələri ehtiramla yad edilib.
Tədbirdə Qaraçinar kənd Mədəniyyət Evinin direktoru Tahire Imanova və başqaları çıxış edərək, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbənin tarixi əhəmiyyətindən danışıb, şəhidlərimizin, qazilərin qəhrəmanlıqlarından söz açıb, ərazi bütövlüyümüz uğrunda canlarından keçən igid oğulların əziz xatirələrinin heç bir zaman unudulmayacağını vurğulayıblar.
Şəhid Tacir Cəfərovun atası Fariz Cəfərov çıxış edərək, onlara göstərilən yüksək dövlət qayğısına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, tədbirin təşkilatçılarına təşəkkür edib.
Sonda məktəblilərin hazırladıqları vətənpərvərlik mövzusunda şeir parçaları səsləndirilmişdir.