26.10.2022
24 oktyabr 2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Heydər Əliyev Mərkəzində Heydər ƏIiyev Mərkəzi, Mərkəzi Kitabxana və Şəhər kitabxana filialının birgə təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi olan Hüseyn Cavidin anadan olmasının 140 illiyi ilə əlaqədar “Romantik şair, mütəfəkkir şəxsiyyət” adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin elmi işçisi Şəbnəm Əliyeva Hüseyn Cavidin həyatı haqqında geniş və ətraflı məlumat verdi. Mərkəzi Kitabxananın əməkdaşı Ülviyyə Kazımova, Şəhər Kitabxana filialının əməkdaşı Kəmalə İsmayılova məruzə ətrafında çıxış etdilər. Sonda Mərkəzi Kitabxananın təşkil etdiyi “Hüseyn Cavid-140 ” başlıqlı kitab sərgisinə baxış keçirildi.