Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Qələbədən qələbəyə gedən yollar” adlı dəyirmi masa keçirilib

26.10.2022

25 oktyabr 2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyev Mərkəzi, Mərkəzi Kitabxana və Şəhər kitabxana filialının birgə təşkilatçılığı ilə Azərbaycanın 30 il işğalda olan rayonlarından olan Qubadlının azad olunması münasibətilə "Qələbədən Qələbəyə Gedən Yollar" adlı dəyirmi masa keçirildi. Tədbiri giriş sözü ilə Şəhər Kitabxana Filialının müdiri Nərgiz Məmmədova açaraq, ilk öncə Azərbaycanın Azadlığı Uğrunda Şəhid Olan igidləin əziz xatirəsinin bir dəqiqəlik sükutla ayaq ista yad edilməsini xahiş etdi va çıxış üçün sözü Şəhər Kitabxana Filialının böyük kitabxanaçsi Narıngül Quliyevaya verdi. Narıngül Quliyeva çıxışında Qubadlının yaranma tarixindən və tarixi abidələrindən danışdı. Heydər Əliyev Mərkəzinin əməkdaşı Mətanət Hüseynova Qubadlı rayonunda ermənilərin etdikləri vəsiliklərdən və Azərbaycan Ordusunun göstərdiyi igidlikdən söhbət açdı. Mərkəzi Kitabxananın əməkdaşı Gülnar Nəcəfova Qubadlının tanınmış insanlar haqqında məlumat verdi. Azərbaycanın Azadlığı Uğrunda Şəhid Olmuş igidlarin xatirəsinə həsr olunmuş lövhə qarşısında Şəhər Kitabxana Filialının multi media mütəxəssisi Kəmalə İsmayılova lövhədə olan şahidlər haqqında malumat verdikdan sonra tedbirin sonu xatirə şəkili çəkdirmələ başa çatdı.

 

69.9 KB