Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncədə “Beynəlxalq və milli elektron kitabxanalardan istifadə qaydaları və istifadəçilərə bu sahədə məsləhət xidmətinin təşkili” mövzusunda tədbir keçirilib.

26.10.2022

Gəncədə “Beynəlxalq və milli elektron kitabxanalardan istifadə qaydaları və istifadəçilərə bu sahədə məsləhət xidmətinin təşkili” mövzusunda tədbir keçirilib.

Gəncə şəhərində, 24-25 oktyabr 2022-ci il tarixlərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Gəncə Avro-Atlantik Məlumat Mərkəzi tərəfindən icra edilən “İnformasiya cəmiyyətinin formalaşdığı müasir dövrdə, vətəndaşların elektron

kitabxana resursları ilə təmin olunması fəaliyyətinin inkişaf etdirilməsi” layihəsi çərçivəsində “Beynəlxalq və milli elektron kitabxanalardan istifadə qaydaları və istifadəçilərə bu sahədə məsləhət xidmətinin təşkili” mövzusunda tədbir həyata keçirilib.

Təlimin məruzəçi eksperti, UNEC Kitabxana İnformasiya Mərkəzinin direktoru, Tarix üzrə fəlsəfə doktoru Adilə xanım Abdullayevanın nümayiş etdirdiyi çox maraqlı təqdimat nəticəsində Gəncə şəhəri, Samux və Kəlbəcər rayonlarının 18 nəfər kitabxana əməkdaşları “Beynəlxalq və milli elektron kitabxanalardan istifadə qaydaları və istifadəçilərə bu sahədə məsləhət xidmətinin təşkili” sahəsində zəruri bilgilər və bacarıqlar əldə etdilər.

Təlimin sonunda iştirakçılar tərəfindən təlimin ümumi qiymətləndirilməsi, həmçinin Beynəlxalq və milli elektron kitabxanalardan istifadə qaydaları və istifadəçilərə bu sahədə məsləhət xidmətinin təşkili məsələlərinin bir sıra aspektləri ətrafında müzakirələr və fikir mübadiləsi aparılıb.

 

88.1 KB

 

88.4 KB