Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

VIII Beynəlxalq Şairlər günü Gəncədə

31.05.2018

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsinin, Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Gəncədə VIII Beynəlxalq Şairlər gününə həsr edilmiş tədbir keçirildi.

VIII Beynəlxalq Şairlər gününün Gəncəli Xalq Şairi Nigar Rəfibəyliyə və Türk şairi Nigar Binti Osmana həsr edilməsi tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.

Tədbir dahi Azərbaycan şairi Nizami Gəncəvinin Məqbərəsində ziyarətlə başladı. Sonra tədbirin əsas iştirakçıları şəhərin baş meydanına gələrək, ulu öndər Heydər Əliyevin abidəsi önünə təzə-tər çiçək dəstələri düzdülər. sonra şəhərin “Xan Bağı”nda yerləşən Xalq şairi Nigar Rəfibəylinin heykəli önündə xatirə şəkilləri çəkildi.

İştirakçılar Azərbaycan Xalq Cumhuriyyəti muzeyində oldular, Gəncə Dövlət Filarmoniyasının möhtəşəm binasının arxitekturasına heyranlıqla seyr etdilər.

Nigar Rəfibəyli adına 43 №-li tam orta məktəbin həyətində Nigar Rəfibəylinin heykəli önündə məktəbin müəllim və şagird kollektivi ilə görüş keçirildi.

Məhsəti Gəncəvi Mərkəzində VIII Beynəlxalq Şairlər günü Azərbaycanın Xalq şairi Nigar Rəfibəyli və Türk şairi Nigar Binti Osmanın xatirələrinin anılması ilə davam etdi.

Yığıncağı şair Xəyal Rza açaraq sözü Xalq yazıçısı Anara verdi. Anar bu tədbirin beynəlxalq əhəmiyyətindən danışdı. O, yığıncağın Nigar Rəfibəyli və Nigar Binti Osmanın yaradıcılığına hörmətlə yanaşılmasına görə təşəkkürünü bildirdi. Sonra 43 №-li tam orta məktəbin şagirdləri Nigar Rəfibəylinin şeirlərindən ibarət kompozisiya təqdim etdilər. Kompozisiyanın müəllifi Vəfa Cəfərovanın çıxışı rəğbətlə qarşılandı.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin sədri Xəzangül Hüseynova, AYB Qazax Bölməsinin sədri Barat Vüsal, şairlərdən Sahib İbrahimli, Bəxtiyar Muradov, Aləmzər Əlizadə, yazıçı Nüşabə Əsəd Məmmədli, türk şairlərindən Türkiyə Elm və Ədəbi əsər sahibləri başqanı Mehmet Nuri Barmaksız, Yalçın Gülhan Kaya, Yadigar Sarı çıxış edərək ürək sözlərini məclis iştirakçılarına söylədilər.