Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Qüdrətli söz ustası” adlı ədəbiyyat saatı keçirilib

25.10.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 saylı kitabxana filialında 24.10.2022-ci il tarixində Azərbaycan şairi, yazıçı və dramaturq Hüseyn Cavidin anadan olmasının 140 illiyi ilə əlaqədar "Qüdrətli söz ustası" adlı ədəbiyyat saatı keçirildi. Tədbiri filialın kitabxanaçısı Günel Tanırverdiyeva açaraq şair Hüseyn Cavidin həyat və yaradıcılığı haqqında geniş məlumat verdi. Hüseyn Cavid sovet rejiminin ən sərt təzyiqləri şəraitində belə, mənən sarsılmayaraq şəxsiyyətinin bütövlüyünü ləyaqətlə qorumuşdur. Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Cavidin nəşi 1982-ci ildə uzaq Sibirdən Vətəninə gətirilib və məzarı üzərində məqbərə ucaldılıb. Bu, adı sovet totalitarizminin günahsız qurbanlarının rəmzinə çevrilmiş sənətkarın və 1930-cu illərdə repressiyalara uğramış Azərbaycan ziyalılarının xatirəsinə ehtiramın ifadəsidir. Tədbirdə filialın oxucuları iştirak etdilər.

 

140.1 KB

 

167.7 KB