Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Şərqdən günəş kimi doğan şair” adlı şeir saatı keçirilib

21.10.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 saylı kitabxana filialı 21.10.2022-ci il tarixində Azərbaycan Respublikasının xalq şairi, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin  üzvü, filologiya elmləri doktoru, Azərbaycanın əməkdar incəsənət xadimi, M.F.Axundov adına ədəbi mükafat laureatı Xəlil Rza Ulutürkün anadan olmasının 90 illiyinə həsr olunmuş "Şərqdən günəş kimi doğan şair" adlı şeir saatı keçirdi. Filialın müdiri Firuzə Yunusova şairin həyat və yaradıcılığı haqqında danışdı. Tədbirdə oxucular şairin  " Mən Azərbaycanam", " Heydər Dədə - Atatürk", " Azərbaycan", "Afrikanın səsi", "Məndən başlanır Vətən" şeirlərini söylədilər.

 

122.3 KB

 

115.8 KB