Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Bəşəriyyətə doğan günəş” başlıqlı informasiya saatı keçirilib

21.10.2022

21.10.2022-ci il tarixdə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Səyyar şöbəsi xalq şairi Xəlil Rza Ulutürkün anadan  olmasının 90 illiyi ilə əlaqədar "Bəşəriyyətə doğan günəş" başlıqlı informasiya saatı keçirdi. Tədbiri kitabxanaçı Lalə Dadaşova açaraq, azərbaycanlı şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi  Xəlil Rza Ulutürkün  həyatı haqqında qısa məlumat verdi. Xəlil Rza Ulutürk 21 oktyabr 1932-ci ildə  Salyanda anadan olmuşdur. ADU-nin filologiya fakültəsinin jurnalistika şöbəsində  sonradan Moskvada ali ədəbiyyat kurslarında oxumuşdur. Şair  ədəbiyyatşünas alim ömrünün  sonunadək Azərbaycanın müstəqilliyi uğrunda çalışmış və yazıb yaratmışdır. Xəlil Rza Ulutürkün yaradıcılığında azərbaycançılıq ideası böyük yer tuturdu. Onun poeziyasının kökü vətən eşqi, torpaq ilə bağlıdır. Tədbirdə 41 nömrəli tam orta məktəbin müəllimi Lamiyə Abbasova Xəlil Rzanın Azərbaycan dilinin saflığı, əcnəbi  dilin təsirinə məruz qalmaması üçün özünə məxsus mübarizə yolu seçdiyini söylədi.Xalq azadlıq hərəkatı genişləndiyi zaman Xəlil Rzanın gur səsi Azərbaycanın bütün regionlarında eşidilirdi. O, bütün varlığı ilə xalq hərəkatına qoşulmuşdu, hər yerdə rus şovinist siyasətini, Dağlıq Qarabağ torpağına təcavüz edən erməni daşnaklarını odlu-alovlu çıxışları ilə ifşa edirdi.Onun bu çıxışları öz əsərlərində  də əksini tapırdı. Bunlardan "Mən Azərbaycanam!", "Davam edir-37", "Gerbimiz-qəlbimiz", "Yaşasın od yurdu,qardaş Türkiyə" və.s..əsərlərinin adlarını qeyd etmək olar.
Tədbirdə şagirdlər Xəlil Rza Ulutürkün "Qalx ayağa,Azərbaycan", "Heydər dədə-Atatürk" şerini söylədilər.
Azərbaycan xalqının milli mübarizəsində xüsusi xidmətlərinə görə Xalq şairi Xəlil Rza Ulutürk vəfatından sonra "İstiqlal" ordeni ilə təltif olunmuşdur.

 

80.2 KB

 

79.9 KB