Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Düşündürən şair” adlı oxucularla söhbət keçirilib

21.10.2022

Gəncə regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 9 saylı kitabxana filialı 21.10.2022-ci il tarixdə Əməkdar incəsənət xadimi Xəlil Rza Ulutürkün anadan olmasının 90 illiyi münasibəti ilə “Düşündürən şair” adlı oxucularla söhbət keçirdi.

Tədbiri açan 9 saylı kitabxana  filial müdiri Səkinə Hacıyeva azadlıq aşiqi olan Xəlil Rza Ulutürkün Azərbaycanın azadlığı və istiqlalı yolunda çarpışmasından, bütün həyatını bu müqəddəs amala həsr etməsindən danışdı. 

Daha sonra 37 saylı məktəbin ədəbiyyat müəllimi Pürbayramova Şəmail  çıxış edərək şairin həyatı və yaradıcılığı haqqında iştirakçılara ətraflı məlumat verdi. 

 Həmçinin tədbirdə iştirak edən həmin məktəbin ədəbiyyat müəllimi İbrahimova Leyla çıxışında Xəlil Rza Ulutürkün Azərbaycanın azadlıq uğrunda mübarizliyinin hər zaman nümunə olaraq qalacağını, həyat və yaradıcılığının hələ çox illər bizlərə örnək olaraq yaddaşlarda yaşayacağını qeyd etdi.

Tədbirin sonunda37 saylı məktəbin şagirdləri şairin şeirlərindən parçalar söylədilər

 

86.9 KB

 

79.1 KB