Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Bakıda “Gəncəli sənətkarın gözəllik dünyası” adlı sərgisinin açılışı olub

29.11.2017

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində metal üzərində işləmə sahəsində tanınmış sənətkar, Əməkdar rəssam Mübariz Əkbərovun əsərlərindən ibarət “Gəncəli sənətkarın gözəllik dünyası” sərgisinin açılışı olub.

Sərgidə naxışlarla bəzədilən qılınc, xəncər, dəbilqə və digər nümunələr, həmçinin sənətkarın 60-dan çox əl işi nümayiş olunub.

Tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynov bildirib ki, Mübariz Əkbərov metal işləmə sənəti üzrə ölkəmizdən kənarda tanınan mütəxəssisdir. Onun hazırladığı və milli ornamentlərlə bəzədilən müxtəlif silahlar, hərbi geyimlər, çeşidli aksesuarlar nəfisliyi ilə diqqəti cəlb edir. Sənətkarın yaratdığı bu qəbil silahlardan bir sıra bədii və sənədli filmlərin çəkilişi zamanı istifadə olunub.

Sərgidə rəssamın poladdan, gümüşdən və digər metallardan düzəldilən sənət nümunələri ilə yanaşı, dəri materiallardan istifadə ilə hazırlanan əl işləri də təqdim edilib.