Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram” başlığı altında şeir saatı keçirilib

21.10.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 20 saylı kitabxana filialı  21.10.2022- ci il tarixində Xalq şairi, ədəbiyyatşünas  Xəlil Rza Ulutürkün 90 illiyi ilə əlaqədar "Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram" başlığı altında şeir saatı keçirdi.
Tədbiri filialın müdiri Məmmədova Zeynəb açıq elan etdi.O bildirdi ki, görkəmli şair, filosof, mütəfəkkir şəxsiyyət, ictimai- siyasi xadim Xəlil Rza Ulutürk XX əsr Azərbaycan mədəniyyətinin güclü hamisi olmuşdur.Onun milli mədəniyyətimizə münasibəti ümumtürk, turançılıq fikir və idealının tərkib hissəsidir.Şairin yaradıcılığında Azərbaycan milli hərəkatı və onun tərəqqisi uğrunda  mübarizə, insanların yurdsevərliyi, bəşəriyyətə məhəbbəti ən gözəl fikir və duyğuları əks olunmuşdur.
Tədbir iştirakçıları xaişirin şeirlərindən parçalar söylədilər.

 

141.4 KB

 

307.8 KB