Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Şuşa” nağılı  başlığı altında nağıl saatı keçirilib

21.10.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxanın Uşaq şöbəsi 21.10.22-ci il tarixində  Zahirə Dadaşovanın “Şuşa” nağılı  başlığı altında nağıl saatı keçirildi.Tədbiri şöbənin kitabxanaçısı Nərmin Qasımova açaraq qeyd etdi ki, nağılların uşaq və yeniyetmələrin mənəvi, psixoloji, estetik tərbiyəsində çox böyük rolu vardır. Nağıllar hər bir uşağın kövrək dünyasına möcüzələrlə dolu olan bir aləm açır. Nağıllar vasitəsilə onlar xeyirlə şəri ayırd edə bilir, müdriklık və cəsarət öyrənirlər. Tədbiri keçirtməkdə məqsədimiz uşaqlarda mütaliə vərdişlərini formalaşdırmaq, onların kitaba olan sevgisini artırmaqdır. Sonda uşaqların sualları ətraflı şəkildə cavablandırıldı. 

 

135.8 KB

 

136.1 KB