Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zəngilanın işğaldan azad olunması günü ilə əlaqədar tədbir keçirilib

21.10.2022

20.10.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzində Zəngilanın işğaldan azad olunması günü ilə əlaqədar tədbir keçirildi. Tədbiri Zəngilanın azad olunması uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsininin yad edilməsi ilə başladı. Tədbiri giriş sözü ilə açan Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova, elmi işçi Aygül Cabbarova, mərkəzin əməkdaşı Afərin Namazova tədbir iştirakçılarına mövzu ətrafında geniş fikir bildirdilər. 30 ilə yaxın bir vaxtda erməni vandalları tərəfindən viranə halına gətirilmiş Zəngilan bu gün yenidən çiçəklənmə dövrünü yaşayır. Məhz bu gün qardaş Türkiyədən Recep Tayyip Erdoğanın və Müzəffər Azərbaycan Ordusunun Ali baş komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə birlikdə Zəngilan hava limanının açılışı olmasının qürurverici hiss olduğunu vurğuladılar. Sonda Zəngilan haqda "Yurd yeri " adlı qısa sənədli film izlənildi.

 

17.5 KB

 

37.6 KB