21.10.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə Respublikamızda 2022-ci ilin “Şuşa ili” elan olunması ilə əlaqədar olaraq “Qarabağın incisi Şuşa” başlığı altında rəsm saatı keçirildi. Tədbir Azərbaycanın suverenliyi və ərazi bütövlüyü eləcədə xalqımıza qarşı törədilmiş soyqırımlarda həlak olmuş Şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbiri 15 saylı filialın kitabxanaçı Sulaxbin-Elçi Aygün apardı. Kitabxanaçı ilk öncə məktəblilərlə söhbət apardı. Bu il 2022-ci ilin Respublikamızda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə niyə məhz “Şuşa ili” elan olunmasıhaqqında sual-cavab etdi. Bu əsnada məktəblilərin əzəli və əbədi yurdumuz Qarabağın döyünən ürəyi Şuşanın tarixi, əsrarəngiz təbiəti haqqında məlumatlı olduqları bilindi. Və məktəblilər bu şəhərin işgaldan azad olunmasından qürur duyduqlarını söylədilər. Sonra məktəblilər onlara təqdim olunan vatman kağızlarında kitabxanaçının köməyi ilə həvəslə işə başladılar. Rəngli qələmlərlə, bir neçə məktəbli isəsulu boya ilə hələki yalnız televizor, internet üzərindən gördükləri Şuşanın təbiəti, tarixi abidələrini əks etdirən rəsmlər çəkdilər. Tədbirin sonunda iştirakçılar birlikdə xatirəşəkli çəkdirdilər