Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Çiçəklənən Zəngilan” adlı dəyirmi masa təşkil olunub

21.10.2022

20.10.2022- ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində Azərbaycanın gözəl guşələrindən olan Zəngilan rayonunun işğaldan azad olunması ilə bağlı "Çiçəklənən Zəngilan" adlı dəyirmi masa təşkil olundu.
Tədbirin əvvəlində Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirin əvvəlində Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Arif Məmişov çıxışında bildirdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində üçrəngli dövlət bayrağımızın Zəngilan şəhərində dalğalanmasından 2 il ötür. Düz bir il öncə düşmənə qan udduran qəhrəman Azərbaycan əsgəri bununla bağlı Ali Baş Komandana məruzə etdi: “Möhtərəm cənab Prezident, cənab Ali Baş Komandan, əmrinizə uyğun olaraq məruzə edirəm ki, Zəngilan şəhəri və ətraf əraziləri işğaldan azad olunmuşdur. Hazırda Azərbaycan bayrağı dalğalanmaqdadır. Yaşasın, Azərbaycan! Yaşasın, Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”.
1993-cü ilin oktyabrında Ermənistan tərəfindən işğal edilən Zəngilanın düz 27 il sonra - 2020-ci ilin oktyabrında azad olunması xəbərini böyük sevinclə qarşıladığını söyləyən "Zəngilanın səsi" qəzetinin baş redaktoru Salam Cavadlı deyib: “Artıq biz köçkünlərin həyatı dəyişib. Qara, boz, solğun rəngləri parlaq, al-əlvan çalarlar əvəz edib. Hər il oktyabr ayında dərdimiz, əzabımız bir daha təzələnirdi. Artıq o qara günlər geridə qaldı. Müzəffər Ali Baş Komandanımızın müdrik siyasəti, qətiyyətli rəhbərliyi ilə Azərbaycan əsgəri torpaqlarımızı, o cümlədən Zəngilanımızı işğaldan azad etdi. İndi oktyabrı böyük sevinclə gözləyirik. Gözləyirik ki, doğma rayonumuzun azadlığa qovuşduğu günü təm-təraqla qeyd edək”.
27-28 il çiynimizdə, ürəyimizin başında gəzdirdiyimiz ağır yükdən azad olduq. Mənəvi-psixoloji cəhətdən təmizləndik. İçimizdəki mənfi yüklər müsbət enerji ilə əvəzləndi. Düşmən təxribatına cavab olaraq başladığımız müharibə həm də ölkəmizdə yaşayan millətlər üçün şərəfli sınaq oldu. Müharibəyə bütün bölgələrdən qatılan övladlarımız hünər, qorxmazlıq nümunəsi göstərdilər və sübut etdilər ki, Azərbaycan başdan-başa igid oğullar diyarıdır.

 

64.8 KB

 

70 KB