20.10.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialında görkəmli Azərbaycan şairi, yazıçısı, dramaturqu Hüseyn Cavidin anadan olmasının 140 illiyi iləəlaqədar olaraq “Mənim tanrım gözəllikdir, sevgidir” başlığı altında mövzu gecəsi keçirildi. Tədbir Azərbaycanın suverenliyi vəərazi bütövlüyü eləcədə xalqımıza qarşı törədilmiş soyqırımlarda həlak olmuşŞəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbiri 15 saylı filialın müdir əvəzi Şəhla İlyasova apardı. Qeyd etdi ki, məlum olduğu kimi bu günki tədbirimiz görkəmli Azərbaycan şairi, yazıçısı, dramaturqu, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının nümayəndəsi, milli romantik şeirin və mənzum faciənin banısıHüseyn Cavidinanadan olmasının 140 illiyi iləəlaqədar olaraq təşkil olunmuşdur. Sonra görkəmli yazarın həyat və yaradıcılığı haqqında məlumat verdi. Daha sonra sözü qonaqlara verdi. Tədbirdə Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru, Gəncə Dövlət Universitetinin “Azərbaycan və dünya ədəbiyyatı” kafedrasının dosenti Qvami Qazıyev “Hüseyn Cavid görkəmli dramaturq, yazıçı kimi”, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Aləmzər Əlizadə “Hüseyn Cavid - müxtəlif mövzularda fəlsəfi əsərlər yazan sənətkar”, 33 saylı orta məktəbin Azərbaycan dili vəədəbiyyatı müəllimi Xuraman Tarverdiyeva “Hüseyn Cavid yaradıcılığı və müharibə mövzusu” başlığı altında çıxış edib, görkəmli yazarın əsərlərindən nümunələr söylədilər. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin görkəmli yazarın anadan olmasının 140 illiyi iləəlaqədar imzaladığı sərəncamı yüksək qiymətləndirdilər. TədbirdəGəncəşəhər M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbin VII sinif şagirdləriədibin dillər əzbəri olmuşəsərlərindən nümunələr səsləndirdilər. Həmin sinfin şagirdləri Zeynəb Əliyeva və Yusif Rzazadə Hüseyn Cavidin məşhur “Qız məktəbində”şeirini səhnələşdirilmiş formada təqdim etdilər. Bu da tədbirə xüsusi bir rəng qatdı. Tədbirin sonunda 15 saylı filialın müdir əvəzi Şəhla İlyasova bütün iştirakçılara vəyüksək səviyyəli hazırlıqlarına görəşagirdlərə, onların müəllimi Səadət Əliyevaya öz minnətdarlığını bildirərək tədbiri yekunlaşdırdı.