Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Müstəqilliyi Günü” adlı tədbir keçirilib

20.10.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası 18 oktyabr Azərbaycan Dövlət Müstəqilliyinin bərpası münasibətilə 18oktyabr 2022-ci il tarixində “Müstəqilliyi Günü” adlı tədbir keçirdi. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Samux Gənclər və İdman İdarəsinin əməkdaşları, Samux rayon Uşaq-gəncləri inkişaf mərkəzinin əməkdaşları,kitabxananın oxucuları iştirak etdi. Tədbiri giriş sözü ilə açan Samux MKS-nin direktoru Telli Nəsibova “  həmçinin dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində Azərbaycan xalqının keçdiyi çətin, lakin şərəfli yoldan söz açıb. Telli Nəsibova 18 Oktyabr – Müstəqilliyin Bərpası ölkəmizdə zəfər ilinə- torpaqlarımızın işğaldan azad edildiyi bir dövrə təsadüf etməsindən qürur hissi keçirdiyini, bu qələbəni bizə yaşadan şəhidlərə Allahdan rəhmət dilədi. Tədbirdə çıxış edən oxuculara xidmət şöbəsinin multimedia resusrlari üzrə mütəxəssizi Elnurə İmamquliyeva ölkəmizin müstəqillik tarixindən, müstəqilliyimizi şərtləndirən amillərdən, Azərbaycan xalqının  milli azadlıq mübarizəsindən və bu yolda keçdiyi çətinliklərdən danışıb. Daha sonra Samux Gənclər və İdman İdarəsinin, idman sektorunun mudiri Əkbər Məmmədzadə çıxış edərək, müstəqilliyi qoruyub saxlamağın onu qazanmaqdan qat-qat çətin olduğunu və Azərbaycanın bir əsrdə iki dəfə müstəqillik əldə etdiyini qeyd etdi.

 

139.3 KB

 

141.9 KB