Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qızımın hekayələri”

29.05.2018

29.05.2018-ci il tarixində Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsində Ə.Cəfərzadənin “Qızımın hekayələri” kitabından ucadan oxu keçirildi.

Tədbiri Uşaq şöbəsinin kitabxanaçısı Kifayət Sadıqova apardı. O,uşaqlara əvvəlcə yazıçı haqqında məlumat verdi. Bildirdi ki, iyirminci yüzilin Azərbaycan ədəbiyyatının istedadlı nümayəndələrindən biri olan xalq yazıçısı Əzizə Cəfərzadə özünəməxsus bir yaradıcılıq yolu keçmişdir. Əsasən tarixi romanlar müəllifi olan Əzizə Cəfərzadə uşaqlar üçündə hekayələr yazmışdır. Onun “Qızımın hekayələri“ kitabında saf, təmiz uşaq aləminin gözəllikləri və uşaq dünyasının kövrək qayğılarından bəhs edən hekayələr toplanılmışdır.

Kifayət xanım uşaqları kitabla tanış etdi. Sonra iştirakçılar kiitabdan maraqla kiçik hekayələr oxudular. Tədbiri keçirtməkdə məqsədimiz uşaqları kitabxanaya cəlb etmək, onlarda mütaliə marağını aşılamaq, oxu vərdişlərini gücləndirməkdir.