19.10.2022
Gəncə şəhər Zərif Qayıbov adına 5 nömrəli uşaq musiqi məktəbində 18.10.2022-ci il tarixində Milli Müstəqilliyin bərpası günü ilə əlaqadər tədbir keçirilmişdir. Tədbir başlamamışdan əvvəl Azərbaycan Dövlət Himni səsləndi sonra Vətən uğrunda canlarından keçən şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə xalq çalğı alətləri şöbəsinin müəllim və şagirdləri maraqlı konsert proqramı ilə çıxış etdilər. 4-cü sinif şagirdi Mirzəyev Altun ifa etdi Xalq mahnısı” Bülbüllər oxur”. 7-ci sinif şagirdi Ələkbərova Səma pianinoda ifa etdi Vasif Adıgözəlov-“Prelyüd-1” .5-ci sinif şagirdi Məmmədzadə Azər tarda ifa etdi “Tarantella”musiqisi Adil Gəray.3-cü sinif şagirdi Cəfərli Əsmər kamançada ifa etdi Vladimir Şainski-”Mavi Vaqon”.