Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Şəhərimizin qəhrəman oğulları” başlığı altında anım günü keçirilib

19.10.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı Vətən müharibəsi şəhidi Nicat Elşan oğlu Qasımovun anadan olduğu gün iləəlaqədar olaraq “Şəhərimizin qəhrəman oğulları” başlığı altında anım günükeçirtdi. Tədbir Azərbaycanın suverenliyi vəərazi bütövlüyü eləcədə xalqımıza qarşı törədilmiş soyqırımlarda həlak olmuş Şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbirin aparıcısı15 saylı filialın müdir əvəzi Şəhla İlyasova çıxış edərək qeyd etdi ki, keçən 2020-ci ilin 27 sentyabrında mənfur düşmən atəşkəsi pozdu və Azərbaycan Ordusu Qarabağda anti-terror əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi dövlətimizin başçısı Ali Baş Komandanın cənab İlham Əliyevin uzaqgörən, düşünülmüş siyasəti, Xalqımızın birliyi vəŞəhidlərimizin, Qazilərimizin qanı-canı bahasına Qələbə ilə Zəfərlə başa çatdı. Qələbəmizin memarlarından biri dəşəhərimizin qəhrəman oğlu Vətən müharibəsi şəhidi Nicat Qasımovdur. Sonra şəhidimizin keçdiyi qısa amma şərəfli ömür yolu haqqında tədbir iştirakçılarına ətraflıməlumat verdi. VəsözüM.Mehdizadə adına xarici dillər təmayüllü 4 saylı tam orta məktəbin müəllimi Səadət Eminbəyliyə verdi. Müəllimə öz çıxışında Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizi heç vaxt unutmayacağımızı, daima adlarını uca tutacağımızı xüsusi olaraq vurğuladı. Sonra tədbir iştirakçıları birlikdə GəncəŞəhidlər Xiyabanına gedərək şəhidimizi məzarıönündə yad etdilər. Qəbri üzərinə tər qərənfillər düzüb, nur üzlüşəhidin xatirəsini andılar.

 

283 KB

 

388.9 KB