Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Müstəqil Azərnaycanımızın memarı” adlı elmi-praktiki konfrans keçirilib

18.10.2022

18 oktyabr 2022-ci il tarixdə Goranboy rayon Rəsul Atakişiyev adına İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada Heydər Əliyev Mərkəzi, Mərkəzi Kitabxana və Rəsul Atakişiyev adına İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyanın birgə təşkilatçılığı ilə 18 oktyabr Müstəqilliyimizin Bərpası Günü münasibətilə “Müstəqil Azərnaycanımızın memarı” adlı elmi-praktiki konfrans keçirildi.Tədbiri Mərkəzi Kitabxananın Xidmət şöbəsinin müdiri Səidə Abdullayeva açaraq Müstəqilliyimizin Bərpası mövzusunda ümumi məlumat verdi. Gimnaziyanın direktoru Rəhman Qocayev, Mərkəzi Kitabxananın kitabxanaçısı Ülviyyə Kazımova, Heydər Əliyev Mərkəzinin elmi işçisi Şəbnəm Əliyeva, Gimnaziyanın coğrafiya müəllimi Aynur Mehdiyeva mövzu ətrafında çıxış etdilər. Məktəblilər şeir söylədilər, film nümayiş olundu. Sonda Mərkəzi Kitabxananın təşkil etdiyi kitab sərgisinə baxış keçirildi.

 

70 KB