Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

18 oktyabr Müstəqilliyin bərpası günüdür adlı sərgi təşkil edilib

18.10.2022

Goranboy Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Goranboy rayon Mədəniyyət mərkəzinin önündə 18 oktyabr Müstəqilliyin bərpası günüdür adlı sərgi təşkil edilmişdir. Qalereyanın direktoru Çinarə Abdullazadə məlumat verərək bildirmişdir ki, 2022-ci ilin 15 oktyabrında Milli Məclis prezident İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni qanunu təsdiqlədi. Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edildi.
Təbii ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan daha çətindir. Azərbaycan xalqı 1990-cı illərin əvvəllərində yenicə bərpa etdiyi müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldı, lakin bu ağır günlərdə qətiyyətli iradə nümayiş etdirərək öz taleyinə sahib çıxmağı bacardı. Müstəqilliyin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün ölkə prezidenti İlham Əliyev davam etdirir. Onun rəhbərliyi ilə siyasi, iqtisadi, sosial və hərbi sahələrdə böyük tərəqqi əldə olunub.

 

271.9 KB