18.10.2022
18.10. 2022-ci il tarixdə Gəncə şəhər Nizami Gəncəvi adına Tarix- Diyarşünaslıq Muzeyində 18
oktyabr Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirilmişdir. İlk olaraq I və II Qarabağ müharibəsi
şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Sonra Gəncə şəhər N.Gəncəvi adına Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Pərvin Nəzərəliyeva tədbir
iştirakçılarını 18 oktyabr Müstəqilliyin Bərpası günü münasibətilə təbrik edərək ölkəmizə, xalqımıza sülh,
əminamanlıq arzuladığını bildirdi və 18 oktyabr Müstəqilliyin Bərbası Gününün tarixi və təsbit edilməsi barədə
geniş məlumat verdi. 1-ci sinif şagirdi Tünzalə Əliyeva Səməd Vurğunun “Azərbaycan” şeirini söylədi. Sonra
Fikrət Əmirov adına 1 saylı Uşaq Musiqi Məktəbinin müəllimlərinin ifasında “Xudayar təsnifi” səsləndi.
N.Gəncəvi adına Tarix-Diyarşünaslıq Muzeyinin elmi işçisi Fidan Böyükbabalı müstəqillik dövründə Azərbaycan
mədəniyyətinin çoxistiqamətli inkişafı barədə tədbir iştirakçılarına geniş məlumat verdi.
1-ci sinif şagirdi Amin Kərimov Tahir Əkbərlinin “ Çünki Vətən müqəddəsdir, əzizdir” şeirini söylədi. Gəncə
Dövlət Rəsm Qalereyasının bələdçisi Sevinc Məhərrəmova Ümummilli Lider Heydər Əliyevin Azərbaycan
dövlətinin inkişafı və suverenliyin qorunması üçün həyata keçirdiyi siyasət və onun uğurlu nəticələri barədə
geniş məlumat verdi. 7-ci sinif şagirdi Hüseyn Abbasov şair Məmməd Arazın “Azərbaycan, dünyam mənim”
şeirini söylədi. N.Gəncəvi adına Tarix-Diyarşünaslıq Muzeyinin elmi işçisi Aytən Cəfərova müstəqil
Azərbaycanın düşmənə qarşı apardığı 44 günlük mübarizəsindən və şanlı zəfərindən danışdı. Sonra 5-ci sinif
şagirdi Elxan Hüseynli şairə Solmaz Şirinin “ Müstəqillik bayramı “ şeirini söylədi. Tədbirin sonunda Fikrət
Əmirov adına 1 saylı Uşaq Musiqi Məktəbinin müəllimlərinin ifasında bəstəkar Polad Bülbüloğlunun “ Şən
Azərbaycan” mahnısı səsləndi.