Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qəhrəmanın ad günü qeyd olundu

30.05.2018

Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İsrafil Məmmədovun Xatirə Ev Muzeyində, 1941-45-ci illər Böyük Vətən Müharibəsinin iştirakçısı Sovet İttifaqı Qəhrəmanı adını alan ilk azərbaycanlı İsrafil Məmmədovun 30 may doğum günü münasibəti ilə ekskursiya təşkil olundu.

Tədbirdə qəhrəmanın adını daşıyan lisey-məktəbin müəllim və şagirdləri, müharibə və əmək veteranları, qəhrəmanın qohumları iştirak etdilər.

Muzey əməkdaşları iştirakçılara İsrafil Məmmədovun həyatı və müharibədə göstərdiyi şücaətdən, məralıkdən geniş məlumat verdilər.