18.10.2022
Gəncə Regional Mədəniyyət Idarəsi ,Goranboy rayon Uşaq kitabxanası 17.10.2022 ci il tarixdə 18 Oktyabr Müstəqilliyimizin Bərpasının günü münasibətilə Heydər Əliyev Mərkəzində "Uğura aparan yol"adlı tədbir keçirdi.Tədbirdə ilk öncə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirin keçirilməsi haqqında Uşaq şöbəsinin müdiri Rəna Məhərrəmova qısa məlumat verərək tədbiri açıq elan etdi və çıxış üçün sözü Uşaq şöbəsinin baş kitabxanaçısı Gülər Aslanovaya verdi.Gülər Aslanova " Müstəqilliyimizin Bərpası və əhəmiyyəti" adlı məruzə ilə çıxış edərək bildirdi ki ,Azərbaycan xalqının müstəqilliyi əldə etməsi, onun güclü bir dövlət qurmaq onu inkişaf etdirmək və gücləndirməkdən ibarət idi. Güclü dövlət güclü ordu deməkdir və məhz biz müstəqil, dövlət,güclü ordu sayəsində torpaqlarımızı işğaldan azad etdik,qələbə sevincini yaşamağa nail olduq.Təbdirdə iştirak edən 2saylı şəhər tam orta məktəbin 7b-sinif şagirdi Əli Yusifov,"Zəfərə aparan yol"adlı məruzə ilə çıxış edərək qeyd etdiki məhz müstəqilliyimiz sayəsində Azərbaycan xalqı 30 illik yurd nisğilindən sonra nəhayət Qarabağda qəhrəman bir şavaşla tarixi zəfər qazandı, üzücü işğal dövrünə son qoydu.2 saylı tam orta məktəbin 7b sinif şagirdləri Hərbi -Vətənpərvərlik mövzusunda şerlər söylədi.Tədbirdə iştirakçılar "Müstəqilliyimizin memarı,"adlı vidio-çarxa da tamaşa etdilər.