18.10.2022
17.10.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzində Füzuli rayonunun işğaldan azad olunması günü ilə əlaqədar olaraq "Azad olunan yurd Füzuli" adlı tədbir keçirilmişdir. Tədbir torpaqlarımızı işğaldan azad edən şəhidlərimizin əziz xatirəsininin yad edilməsi ilə başladı. Tədbiri giriş sözü ilə açan Samux rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Raziyə Qasımova və Mərkəzin əməkdaşı Zenfira Qılıcova mövzu ətrafında geniş çıxış etdilər. Tədbirin sonunda Füzulinin azad olunması ilə əlaqədar əsgərlərimizin qəhrəmanlığından bəhs edən film nümayiş olundu.