Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Müstəqillik gününə həsr olunmuş konsert keçirilib

18.10.2022

17 oktyabr 2022-ci il tarixində Gəncə şəhər Uşaq Incəsənət məktəbində Azərbaycan  Respublikasının Müstəqillik gününə həsr olunmuş konsert keçirildi. Ilk öncə Müstəqillik ugrunda bütün Azərbaycan şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.  Xalq çalğı alətləri şöbəsinin müdiri Qarayeva Təranə Müstəqilliyin tarix yolu haqqında məlumat verdi.. Konsertdə şagirdlərdən Məmmədova  Fatimə və İlqarə bacıları,Vəliyev Ümid, Hüseynov Fərid,  Mürsəlova Qənifə, Bağırova Şəfiqə, Musayeva Selcan, Əliyev Ayxan maraqlı ifalarla çıxış etdilər.  Vokal sinifin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər və mahnılar ifa etdilər. 

 

179.4 KB