18.10.2022
17.10.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemininin 11 saylı kitabxana filialında 18 Oktyabr Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi günü ilə bağlı “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir“ adlı dəyirmi masa keçirildi.
Tədbir, vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başladı.
Daha sonra filialın böyük kitabxanaçısı Elyanora Adıgözəlova tədbiri açaraq bildirdi ki, Müstəqil Azərbaycan ümummilli liderimiz Heydər Əliyevin şah əsəridir.
Ümummilli lider Heydər Əliyev demişdir: “Müstəqilliyə nail olmaq və həyatın bir çox sahələrində köklü dəyişikliklər etmək çox çətin və məsul bir prosesdir. Müstəqilliyi elan etmək, onun qorunması və möhkəmləndirilməsi istiqamətində dövlət tədbirləri həyata keçirmək nə qədər vacib olsa da, əsl müstəqilliyi qazanmaq üçün bu, hələ azdır. Gərək hər bir insan və xüsusən gənc nəsil müstəqilliyin nə qədər müqəddəs olduğunu bütün varlığı ilə dərk etsin, onu qorumaq və möhkəmləndirmək üçün hazır olsun”.
Oktyabnn 18-də Azarbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 31 ili tamam olur. Azarbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir.
Bu gün Azərbaycan təkcə sosial-iqtisadi istiqamətdə deyil, elm, incəsənət və mədəniyyət sahəsində də dünyanın sürətlə inkişaf etməkdə olan gənc dövlətlərindən biridir. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi, təhsil şəbəkəsinin müasir tələblər səviyyəsində qurulması, dünyanın bir çox dövlətlərilə hərtərəfli mədəni əlaqələr ölkəni regionun aparıcı dövlətlərindən biri kimi tanıdıb.
18 oktyabr Azərbaycan xalqının tarixinə şərəf, qürur və iftixar hissilə yazılmış müqəddəs bir gündür.
Tədbirdə Gəncə Dövlət Rəsm Qalereyasının kollektivi və kitabxananın fəal oxucuları iştirak etdi.