Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“18 Oktyabr Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür”başlığı altında oxucu konfransı keçirilib

18.10.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialında 18 Oktyabr Müstəqilliyin Bərpası Günü iləəlaqədar olaraq “18 Oktyabr Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür”başlığı altında oxucu konfransı keçirildi. Tədbir Azərbaycanın suverenliyi vəərazi bütövlüyü eləcədə xalqımıza qarşı törədilmiş soyqırımlarda həlak olmuşŞəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbirin aparıcısı 15 saylı filialın böyük kitabxanaçısı Səkinə Kərimova açıq elan edərək qeyd etdi ki, XX əsrin sonunda yaranmış tarixi şərait Azərbaycana həmin əsrdə II dəfəöz müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il avqust ayının 30-da Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi iləçağırılmış növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyini bərpa etmək haqqında” bəyannamə qəbul olunmuşdur. Bunun ardınca Azərbaycan Respublikası Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul edilmişdir. O gündən Azərbaycan yenidən öz müstəqilliyinə qovuşmuş oldu. 15 oktyabr 2021-ci il tarixli Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanununa əsasən isə 18 Oktyabr Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilmişdir.TədbirdəM.Mehdizadə adına xarici dillər təmayüllü 4 saylı tam orta məktəbin tarix müəllimi Əfsanə Sadıqova“18 Oktyabr Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür”, IX sinif şagirdləri Nuray İsgəndərova “Azərbaycan tarixinin ən mühüm günlərindən biri”, Sevda Piriyeva “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!”, Röya Hüseynzadə “Azərbaycan Şərqin parlayan ulduzu”, Ayxan Hüseynov “Müstəqillik Azərbaycan xalqının ən böyük tarixi nailiyyətidir”, Aysu Məmmədova “Müstəqliyimiz ən böyük sərvətimizdir” başlığı altında çıxışlar etdilər. Tədbirin sonunda filialın böyük kitabxanaçısı Səkinə Kərimova iştirakçılara öz minnətdarlığını bildirərək, tədbiri yekunlaşdırdı.

 

326.9 KB

 

272.8 KB