18.10.2022
Gəncə Regional Mədəniyyət idarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş kitabxana sisteminin 1 saylı kitabxana filialı 17.10.2022-ci il tarixində 18 oktyabr Dövlət Müstəqilliyinin bərpa olunması günü ilə əlaqədar “Azərbaycanın dövlət müstəqilliyi əbədidir,dönməzdir” başlığı altında dəyirmi-masa keçirdi.Tədbiri giriş sözü ilə 1 saylı kitabxana filialının kitabxanaçısı İlhamə Əliyeva açaraq iştirakçıları salamladı və Vətənimizin bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.İlhamə qeyd etdi ki,18 oktyabr Azərbaycan xalqının tarixinə şərəf və qürurla yazılmış müqəddəs bir gündür. Dövlət üçün müstəqillikdən, vətəndaşı üçünsə azadlıqdan üstün heç nə yoxdur. Ulu və zəngin tarixi keçmişə malik Azərbaycan xalqı azad yaşayış, müstəqil dövlət uğrunda uzun və mübarizələrlə dolu bir yol keçmiş, qəhrəmanlıq səlnaməsi yazmışdır.
Daha sonra sözü 4 saylı məktəbin tarix müəllimi Əfsanə Sadıqovaya verdi.Əfsanə müəllim öz çıxışında 2022-ci il oktyabrın 18 müstəqillik günümüzü tam fərqli olaraq ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd etməsindən danışdı. Azərbaycan Dövlət müstəqilliyi keşməkeşli mübarizələr və qurbanlar dolu tarixi bir yol keçmişdir. Azərbaycan dövləti öz müstəqilliyini bərpa etmiş demokratik hüquqi dünyəvi bir dövlətdir.
21 saylı kitabxana filialının böyük kitabxanaçısı Sahilə Şabanova öz çıxışında bildirdi ki,Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması, onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir”. Azərbaycanın müstəqil ölkə kimi mövcudluğu, dövlətçiliyin qorunub saxlanılması, möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Daha sonra 1 saylı kitabxana filialının müdiri Züleyxa Məlikova öz çıxışında Azərbaycan xalqına qarşı törədilən dəhşətli və insanlıqdan uzaq olan cinayətlər haqqında danışdı.O, qeyd etdi ki, bunlara baxmayaraq Azərbaycan xalqı öz Müstəqilliyini yenidən bərpa etdi.Kitabxanamızda “Azərbaycanın dövlət müstəqilliyi əbədidir,dönməzdir” başlığı altında sərgi təşkil edilmişdir.İlhamə Əliyeva tədbir iştirakçılarına sərgi haqqında geniş məlumat verdi. Sonda 1 saylı filialın müdiri tədbir iştirakçılarına minnətdarlıq bildirdi.