26.05.2018
26.05.2018-ci il Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı kitabxana filialında Azərbaycan Xalq Cümhuriyyəti gününə həsr olunmuş “Azadlığın od şimşək zərrəsidi, İstiqlalım azadlıq günəşidi” başlığı altında ədəbi- bədii gecə keçirildi. Tədbirdə Gəncə şəhər 4 saylı orta məktəbin bir qrup müəllim və şagirdləri iştirak edirdilər. Tədbiri giriş sözü ilə 1 saylı kitabxana filialının kitabxanaçısı Əliyeva İllhamə açaraq 28 may Respublika günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi .4 saylı orta məktəbin direktor müavini Sona xanım Paşayeva öz çıxışında Azərbaycan Cümhuriyyətinin yaranması tarixindən, onun təməlini qoymuş tarixi şəxsiyyətlərdən danışdı. Məhz onlar müasir Azərbaycan dövlətçiliyinin nəzəri əsaslarını yaradaraq onların gerçəkləşməsinə həlledici töhfəni verıb. Tədbirdə 4 saylı orta məktəbin şagirdlərinin hazırladıqları sazlı –sözlü musiqi nömrələri səsləndirildi və şerlər söylənildi.