18.10.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 saylı kitabxana filialı 17.10.2022-ci il tarixində 18 saylı orta məktəbdə Müstəqilliyimizin Bərpası Gününə həsr olunmuş "Müstəqilliyimiz əbədidir" adlı şeir saatı keçirdi. Əvvəlcə Vətənimizin bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri açan filialın müdiri Firuzə Yunusova qeyd etdi ki, bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür. 18 oktyabr Azərbaycan xalqının tarixinə şərəf, qürur və iftixar hissi ilə yazılmış müqəddəs bir gündür. Həmin gün Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz dövlətçiliyinin varlığını bəşəriyyətə bəyan etdi. Xalqımız ikinci ildir ki, bu bayramı ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bayrağımız uca, müstəqilliyimiz əbədi olsun! Sonra məktəbin müəlliməsi Ceyran İsmayılova bildirdi ki, müstəqilliyimizin qorunub saxlanılması, Azərbaycanın müstəqil dövlət olaraq dünya dövlətləri arasında nüfuzunun möhkəmləndirilməsi məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimizin siyasətini və ideyalarını möhtərəm Prezidentimiz İlham Əliyev hazırda çox böyük uğurla davam etdirir. Bu uğurları biz həyatımızın bütün sahələrində görürük. 44 günlük ikinci Qarabağ müharibəsini şanlı qələbə ilə başa vurmağımız bunun nümunəsidir. Bu gün qürurla deyirik ki, biz artıq öz taleyimizin, öz ölkəmizin sahibiyik və Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir. Müstəqilliyimizin Bərpasının 31-ci ildönümü mübarək olsun! Tədbirdə şagirdlər Azərbaycana, Vətənə, torpağa, müstəqilliyə, bayrağa aid şerlər söylədilər.