18.10.2022
17.10.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Gəncə Şəhər Mədəniyyət Mərkəzində “18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyinin bərpası günüdür”adlı dəyirmi masa keçirildi.
Dəyirmi masanı Gəncə Şəhər Mədəniyyət Mərkəzinin direktoru Afina Ələkbərova açaraq Azərbaycanın müstəqilliyi ,ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi.
Afina Ələkbərova 1991-ci ildə SSRİ-nin dağılması nəticəsində Azərbaycanın ikinci dəfə müstəqillik qazanmasından danışdı.
Mədəniyyət Mərkəzinin bədii rəhbəri Eldar Məmmədov öz çıxışında qeyd etdi ki, Azərbaycan iki dəfə -1918-ci ildə və 1991-ci ildə müstəqillik qazanmışdır.
Daha sonra o,çıxışında qeyd etdi ki, Ümummilli lider Heydər Əliyev zəngin dövlətçilik təcrübəsinə , yüksək idarəetmə bacarığına söykənərək Azərbaycanın Dövlət müstəqilliyini möhkəmləndirmiş, ölkəmizin inkişafına,xalqımızın firavan yaşamasına çalışmışdır.
Mədəniyyət Mərkəzinin tibb kursunun rəhbəri Rüstəm Kərimov bildirdi ki,müstəqilliyimizin şanlı səhifəsi otuz ildən bəri erməni işğalı altında olan Qarabağımızın 44 günlük Vətən müharibəsində Müzəffər Ordumuz tərəfindən azad olunmasıdır.
Mədəniyyət Mərkəzinin rəssamlıq kursunun rəhbəri Yusif Məmmədov dəyirmi masa iştirakçılarını , xalqımızı 18 Oktyabr Dövlət müstəqilliyimizin bərpası günü münasibəti ilə təbrik etdi və qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin zəngin təcrübəsi ilə inkişaf edən Müstəqil Azərbaycan dövləti bu gün , Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və inkişaf etdirilir.
Tədbirdə Mədəniyyət Mərkəzində təhsil alan kurs tələbələri və ərazi sakinləri iştirak etdi.