18.10.2022
17 oktyabr 2022- ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mərkəzləşdirimiş Kitabxana Sisteminin Qızılhacılı qəsəbə kitabxana filialı və Diyarşünaslıq evinin birgə təşkilatçılığı ilə Müstəqilliyimizin bərpası günü ilə əlaqədar "Müstəqilliyimiz əbədidir , dönməzdir , sarsılmazdır "başlıqlı dəyirmi masa təşkil olundu . Tədbirdə bir qrup kənd sakinləri iştirak etdilər . Kitabxananın müdiri Tamaşa Aslanova , Diyarşünaslıq evinin direktoru Elşad Qurbanov , kitabxanaçı Tükəzban Məmmədova çıxış etdilər .