Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

18 oktyabr Müstəqilliyin bərpası günüdür adlı sərgi keçirilib

18.10.2022

Goranboy rayon Dövlət Rəsm Qalereyası, Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Gənclər parkında 18 oktyabr Müstəqilliyin bərpası günüdür adlı tədbir təşkil edilmişdir.  Qalereyanın Fonf mühafizi İlhamə Məmmədova tədbir barədə məlumat verərək bildirmişdirki 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır.1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul olunmuşdur.Azərbaycan xalqı ötən əsrin əvvəlində müstəqil respublika qurmuş, 1991-ci ildə isə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini bərpa etmişdir. Azərbaycan Respublikasının Milli Məclisi qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq   Oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilmişdir. 

 

175.8 KB