Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur” mövzusunda elmi-praktiki konfrans keçirilib

18.10.2022

17 oktyabr 2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyev Mərkəzi ,Mərkəzi Kitabxana və Şəhər kitabxana filialının birgə təşkilatçığı ilə 18 oktyabr -Müstəqilliyin Bərpası Günü münasibətilə "Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur" mövzusunda elmi-praktiki konfrans keçirildi. İlk öncə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin elmi işçisi Şəbnəm Əliyeva Azərbaycan xalqı ötən əsrin əvvəlində müstəqil respublika qurduğunu və 1991-ci ildə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini bərpa etdiyini bildirdi. YAP-Goranboy rayon təşkilatının əməkdaşı, 2-ci Qarabağ vətən müharibəsi iştirakçısı Səbuhi Əliyev, Şəhər Kitanxana filialının əməkdaşı Kəmalə İsmayılova, Narıngül Quliyeva mövzu ətrafında çıxış etdilər. Mərkəzi Kitabxananın əməkdaşı Gülnar Nəcəfova müəllifi Leyla mətin olan “Qələbə” şeirini səsləndirdi.

 

266.9 KB

 

296.8 KB