18.10.2022
17.10.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Mərkəzi Kitabxananın Uşaq şöbəsi “Nağıllar aləminə səyahət” başlığı altında nağıl saatı keçirdi.
Nağıl saatı Samux rayon 1 saylı körpələr evi-uşaq bağçasında keçirildi.
Uşaq şöbəsinin Multimediya Resusları Üzrə Mütəxəssizi İlahiyyə Sadıqova uşaqlarn üçün bir neçə nağıl səsləndirdi. Sonra nağılların mövzusu, oradakı qəhrəmanlar barəsində onlarla sual-cavab apardı. Nağıl saatının mütamadi olaraq keçirilməsi uşaqların aktivliyini, inkişafını, dünyagörüşünün formalaşması və mütaliəyə marağının artırılmasına kömək edir.