17.10.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialında “Gəncə terroru-2020” başlığı altında hazırlanmış fotostendə baxış keçirildi. Tədbiri15 saylı filialın kitabxanaçısı Esmira Məlikova apardı. Qeyd etdi ki, gördüyünüz kimi fotostenddə44 günlük Vətən müharibəsi günlərində Azərbaycanın ikinci böyük şəhəri olan doğma Gəncəmizin mənfur qonşularımız tərəfindən bombalanması nəticəsindəçoxsaylı insan tələfatı, baş vermiş dağıntılar, dəhşətli mənzərələr öz əksini tapmışdır. Döyüş meydanında Müzəffər Ordumuzun qarşısında duruş gətirə bilməyən düşmənimiz sivilləri hədəf almışdı. Raket hücumu nəticəsində həlak olan, yaralanan mülki şəxslər arasında azyaşlılar da vardı. Tədbirin iştirakçıları olan məktəblilər də həmin günləri yaxşı xatırladıqlarını və heç zaman unuda bilməyəcəkərini söylədilər.