25.05.2018
25.05.2018-ci il tarixdə Gəncə şəhər MKS-nin Səyyar şöbəsi FHN MMQ-nın “N” saylı hərbi hissəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar olaraq “İnsanlara hürriyyət, millətlərə istiqlaliyyət” mövzusunda dəyrmi masa keçirildi. MKS-nin Səyyar şöbəsi və hərbi hissənin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə tarixçi Hüseyin Bəxtiyarov, AMEA-nın Gəncə bölməsinin baş elmi işçısı, alim Aləmzər Tağıyeva, jurnalist İmamverdi Vəliyev, MKS-nin Səyyar şöbəsinin işçiləri, KAA-şöbəsinin müdiri Vüsalə Hüseynova, Oxu zalının müdiri Səidə Müseyibova , 24 saylı kitabxananın işçiləri, hərbi hissənin əsgər- zabit heyəti və fəal oxucular iştirak edirdilər. Azərbaycanın dövlət himni ilə başlanan tədbir, prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi haqqında sərəncamın oxunması ilə davam edərək, bu sərəncamın prezidentimizin Azərbaycanın tarixinə, dövlətçiliyinə, Xalq Cümhuriyyətinə verdiyi böyük önəm olduğu qeyd olundu. Sonra “Cümhuriyyət-100” adlı videoçarx göstərildi. GDU-nin tarix kafedrasının müəllimi tarixçı Hüseyin Bəxtiyarov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində Azərbaycanın ağır durumu, azərbaycanlılara qarşı keçirilən soyqırım cinayətlərindən söhbət açıb. Dəyirmi masada çıxış edən AMEA-nın baş elmi işçisi Aləmzər Tağıyeva, KAA-nın müdiri Vüsalə Hüseynova və jurnalist İmamverdi Vəliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyətinin əsas istiqamətləri, xarici siyasəti və beynəlxalq vəziyyətindən, dövlətçiliyimizdəki yerindən bəhs ediblər. Şagirdlərin ifasında vətənə, bayrağımıza,müstəqilliyə həsr olunmuş şeirlər səsləndi. Sonda Tədbir iştirakçıları “Cümhuriyyət 100” adlı geniş kitab sərgisi ilə tanış oldular.