Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Əbədi və dönməz Müstəqilliyimiz” adlı sərgi təşkil edib.

17.10.2022

16.10.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Oxu zalı 18 Oktyabr - Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə “Əbədi və dönməz Müstəqilliyimiz” adlı sərgi nümayiş olundu.

Oxu zalının böyük kitabxanaçısı Əfsanə Bağırova müstəqilliyin ilk illərində Azərbaycan xalqının üzləşdiyi çətinliklərdən, Azərbaycanın qədim dövlətçilik ənənələrinə malik olmasından, bu ənənələrin davamı kimi 104 il bundan əvvəl qurulan və şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətindən danışdı. O bildirdi ki,  Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində mühüm rol oynayan Cümhuriyyətin ömrü çox qısa olsa da, 1991-ci il oktyabrın 18-də Azərbaycanın keçmiş Ali Sovetinin sessiyasında Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilməklə Azərbaycanın dövlət müstəqilliyi uzun illərdən sonra yenidən bərpa edildi. Heydər Əliyevin müstəqil Azərbaycanın memarı olduğunu vurğulayan Bağırova gəncləri ulu öndərin irsinə sahib çıxmağa və şəhidlərimizin məhz bu amal uğrunda canlarını qurban verdiyini söylədi. O, daha sonra sərgilənən kitabların  hər biri haqında  qısa məlumat verdi .
Sərgidə Azərbaycan dövlətinin 1918-ci ildən bu günümüzədək  keçdiyi müstəqillik yolundan bəhs edən 60-dan çox kitab,   dövri mətbuat və elektron nəşrlər nümayiş olundu.

 

98 KB

 

88.8 KB