15.10.2022
14.10.2022-ci i ltarixində Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Gəncə şəhər Mədəniyyət Mərkəzində Vətənpərvərlik mövzusu çərçivəsində “Vətənmənim bugünüm ,sabahkı toyum –düyünüm …” adlı tədbir keçirildi.
İlk öncə Azərbaycan Respublikasının suverenliyi və müstəqilliyinin qorunmasında, müqəddəs dogma torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Gəncə şəhər Mədəniyyət Mərkəzinin direktoru Afina Ələkbərova tədbiri açaraq qeyd etdiki, hərbir vətəndaş vətənini sevməli ,onun müstəqilliyini, varlığını qorumalıdır . Müstəqilliyi qorumaq vətənini, millətini ,mənsub olduğu dövlətinin suverenliyini qorumaq deməkdir.
Mədəniyyət Mərkəzinin bədii rəhbəri Eldar Məmmədov 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş Natiq Əliyevin valideynləri ilə görüşdüyündən ,onların şəhid haqqında xatirələrindən söhbət açdı.
O, qeyd etdiki, şəhid Natiq Əliyevin tanıyan qonşuları onun vətəninə, xalqına ,dövlətinə sədaqətindən ,sevgisindən ,vətənpərvər bir gənc olmasından qürur hissi ilə danışdılar.
Sonra Mədəniyyət Mərkəzinin kollektivi filiallarının əməkdaşları və kurs tələbələri ilə şəhidlər xiyabanına ziyarətə getdilər. Torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzdülər.