15.10.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsi 14.10.2022 ci il tarixdə 1saylı şəhər tam orta məktəbində Vətən Müharibəsi şəhidi Anar Saleh oğlu Qumaşovun anım günü ilə əlaqədar" Unutmadım Unutmarıq" adlı anım tədbiri keçirdi.Tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri açan Uşaq kitabxanasının Oxu zalının müdiri Samirə Əliyeva Anar Saleh oğlu Qumaşovun qısa lakin şərəfli döyüş yolu haqqında iştirakçılara geniş məlumat verdi Uşaq şöbəsinin multimedia mütəxəssisi Rəbiyyə Əliyea "Vətən qəhrəmanları ilə tanınar"adlı məruzə ilə çıxış edərək bildirdi ki Azərbaycan Ordusu 44 günlük Vətən Müharibəsində öz güclərini göstərdilər və nələrə qadir olduqlarını " Zəfər" Qələbəsi çalmaqla nümayiş etdirdilər.Belə qəhrəman Vətən övladlarının şanlı həyat yolu sizlərə ,bizlərə nümunə olmalıdı.2saylı tam orta məktəbin şagirdləri Hərbi-Vətənpərvərlik mövzusunda yazılmış şeirlər söylədilər