15.10.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsində 14.10.2022-ci il tarixində “Tarixin Gəncə səhifəsi” başlığı altında söhbət keçirildi. Tədbiri şöbənin müdiri Ellada Rəhimova apararaq bildirdi ki, 44 günlük vətən müharibəsində ağır məğlubiyyətlərə uğrayan düşmən öz çirkin əməllərini davam etdirməkdən çəkinmədilər. Çox təhlükəli raket sistemindən istifadə edərək Gəncə əhalisini 5 dəfə ayrı-ayrı vaxtlarda bütün beynəlxalq hüquq normalarını pozaraq atəşə tutdular. Bu çox dəhşətli və insanlıqdan uzaq olan bir cinayət və Xocalı soyqırımından sonra Azərbaycan xalqına qarşı həyata keçirilən yeni bir dəhşətli faciə idi. Hər zaman olduğu kimi onlar dinc əhaliyə qocaya, qadına,uşağa qarşı amansızlıq etdilər. Qeyd etdi ki, xalqımızın qan yaddaşında əbədi yaşayacaq olan Gəncə terroru heç zaman unudulmayacaq və gələcək nəsillərə ötürüləcək. Tədbirdə şagirdlər kitabxanada təşkil edilmiş Gəncə terroruna həsr olunmuş fotostendlə tanış oldular. Tədbirdə 27 saylı-məktəb liseyin bir qrup şagirdləri iştirak etdilər.