15.10.2022
14.10.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzinin ekspozisiya zalında bir qrup ziyarətçilərə ulu öndər Heydər Əliyevin zəngin irsi haqqında geniş məlumat verildi. Mərkəzin elmi işçisi Aygül Cabbarova ziyarətçilərə "Heydər Əliyev və onun vətənə bağlılığı" mövzusunda mühazirə oxudu. Uşaqları maraqlandıran suallar cavablandırıldı.