Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Nağıl saatı keçirilib

14.10.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsi 13.10.22-ci il tarixində Gəncə Dünya məktəbi ilə birgə növbəti nağıl saatı keçirtdi. Tədbiri şöbənin kitabxançısı Kifayət Sadıqova apararaq, balaca fidanlara kitabxananın fondunda olan Körpəmin  nağılları kitab seriyasindan “Uzunqulaq və Şir”, İt və Timsahın dostluğu”  ,“Şir və Siçan “ və s. nağıllarını  oxudu. Nağıl saatını keçirtməkdə  məqsəd uşaqların informasiya tələbatını ödəmək, mütailəyə  həvəsləndirmək, dünyagörüşünü artırmaq,  onlarda dostluq, xeyirxahlıq hisslərinin aşılamaqdır. Uşaqlar nağıllra çox böyük həvəslə qulaq asdılar.Sonda uşaqlara cizgi filim nümaiş edildi və uşaqlara nağıl qəhrəmanları haqqında müxtəlif suallar verildi.

 

108 KB

 

126.2 KB