14.10.2022
13 oktyabr 2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Tarix-diyarşünaslıq muzeyində Heydər Əliyev Mərkəzi, Mərkəzi Kitabxana və Tarix-diyarşünaslıq muzeyinin birgə təşkilatçılığı, şəhər 1 saylı sənətkarlıq klubu və 2 saylı klubun əməkdaşlarının iştirakı ilə Xurşidbanu Natəvanın 190 illiyi ilə əlaqədar tədbir keçirildi. Tədbiri Tarix-diyarşünaslıq muzeyinin müdiri Rəcəb Qarayev açaraq Xurşidbanu Natəvanın həyatı haqqında geniş və ətraflı məlumat verdi. Heydər Əliyev Mərkəzinin elmi işçisi Şəbnəm Əliyeva , Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı Aygül Eyyubova mövzu ətrafında çıxışlarını davam etdirdilər. Xurşidbanu Natəvanın həyat və yaradıcılığına həsr olunmuş videoçarx izlənildi. Sonda Mərkəzi Kitabxananın təşkil etdiyi sərgiyə baxış keçirildi. Mərkəzi Kitabxananın əməkdaşı Gülnar Nəcəfova Александр Дюма - nın КАВКАЗ adlı kitabının təqdimatını etdi.