25.05.2018
25.05.2018ci il tarixində Gəncə şəhər MKS-nin 22 saylı kitabxana filialı 38 saylı orta məktəblə birgə 28 May Respublika günü münasibəti ilə “Azərbaycan xalqının tarixində parlaq səhifə” adlı musiqili ədəbi-bədii gecə keçirildi.
Tədbir Azərbaycan Dövlət himni ilə başladı.Böyük kitabxanaçı Qəzənfərova Afər əvvəlcə Azərbaycan xalq Cumhuriyyətinin yaradılmasının 100 cü ildönümü münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi.O, Şərqdə ilk Demokratik respublikanın yaranması tarixi haqqinda qısa məlumat verərək bildirdi ki, 100 illiyini qeyd etdiyimiz Xalq Cümhuriyyəti Şərqdə ilk Demokratik Respublika olub, və hər il Azərbaycanda 28 May-Respublika günü kimi geyd olunur. 38 saylı orta məktəbin tarix müəliməsi İbrahimova Təranəyə. İbrahimova bildirdi,ki bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur.Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan xalq Cumhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini numayiş etdirmişdir.
Sonra məktəbin 9 sinif şaqirdləri Bayatı-Şiraz muğamının sədaları altına səhnəyə daxil olaraq,Vətənə həsr edilmiş şeirlərdən ibarət ədəbi kompozisiya ilə çıxış eladilər.Ədəbi kompozisiya Muslum Maqomayevin “Azərbaycan”mahnısını sədalari ilə sona yetdi.