Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Vətən müharibəsi şəhidi Elçin Murad oğlu Dostuyevin anım mərasimi keçirilib

14.10.2022

13.10.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində Vətən müharibəsi şəhidi Elçin Murad oğlu Dostuyevin anım mərasimi keçirildi.İlk öncə Vətən uğrunda canından keçən   şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Tədbirdə Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən  Arif Məmişov tədbir iştirakçılarını salamladıqdan sonra şəhidimiz Dostuyev Elçinin qısa, lakin mənalı ömür və şərəfli xidmət yolu barədə məlumat verərək bildirdi ki,  Elçin Dostuyev  1 aprel 2001-ci ildə Samux rayonunun Köbər kəndində dünyaya gəlib.2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Elçin Dostuyev Füzuli döyüşlərində savaşıb, 2022-ci il oktyabrın 5-də Füzuli rayon istiqamətində gedən döyüş əməliyyatlarında döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.Oktyabrın 13-də Samuxda dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən  Elçin Dostuyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Döyüş əməliyyatlarında göstərdiyi şəxsi igidliyi və şücaətinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli sərəncamına əsasən Elçin Dostuyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

68.9 KB

 

60.8 KB