Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Çiçəklənən Azərbaycan” adlı məktəbli gənclər arasında intellektual bilik yarışı keçirilib

14.10.2022

13.10.2022-ci il tarixində Samux rayon Heydər Əliyev Mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Samux nümayəndəliyi və Gəncə - Daşkəsən Regional Təhsil İdarəsinin Samux rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə 18 oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş, "Çiçəklənən Azərbaycan" adlı məktəbli gənclər arasında intellektual bilik yarışı keçirildi.

Yarışın birinci mərhələsi 11 məktəb komandası arasında baş tutub. Samux rayon İnstitut qəsəbə tam orta məktəb və Samux şəhər 2 saylı məktəbin komandası yarım final mərhələsinin qalibi oldular.

Digər 11 məktəb komandasının yarışı isə 17 oktyabr tarixində saat 11:00 da keçiriləcək. Yarışda iştirak edən məktəblərə uğurar arzulayırıq.

 

92.5 KB

 

116.5 KB