13.10.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 22 saylı kitabxana filialı 12.10.2022-ci il tarixində Gəncə şəhər 16 nömrəli tam orta məktəbdə "Kitablarla dolu zəngin dünya"adlı fondda olan kitabların sərgisini təşkil etdi.Sərgidə Azərbaycan dilində olan müxtəlif elm sahələri,başqa ölkələri əhatə edən kitablar nümayiş etdirildi.Böyük kitabxanaçı Aynur Abbasova oxucuların mütailə marağının artırılması,dünya görüşünün formalaşması eləcədə oxucuların kitabxanaya cəlb olunması, və daha çox kitabla tanış olması məqsədi ilə fondda olan 40 nüsxədən çox kitab haqqında şagirdlərə məlumat verdi. Həmçinin Nizami Gəncəvi"Sirlər Xəzinəsi,Lirika", "Koroğlu","Fikrət Qoca seçilmiş əsərləri","Qaçaq Nəbi","Hüseyn Cavid əsərləri","Molla Nəsrəddin lətifələri","Azərbaycan bayatıları","İlyas Əfəndiyev seçilmiş əsərlər",
Hans Kristian Andersen "Nağıllar", Robert Lyuis Stivenson "Dəfinələr adasi",Jül Vern əsərləri, Joze Mauru di Vaskonselos "Şirin Portağal ağacım",Mark Hedn "Gecə vaxtı itin müəmmalı ölümü" və digər fondda olmuş kitablarla tanış etdi.